"M Group Production rəsmi olaraq məlumat verir ki, "Maşın Şou may ayının 28-dən etibarən ATV kanalında yayımlanacaq.

Unikal.org-un məlumatına görə,  maşının ətrafında 18 ulduz iştirakçı toplaşacaq.

Şounu Azərbaycanın əməkdar artisti Murad Dadaşov aparacaq. Tamaşaçılar hər axşam canlı olaraq saat 22:00-da izləyəcək.