Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan və daun sindromlu uşaqlar üçün növbəti əyləncə proqramı təşkil edib.

Unikal.org-un məlumatına görə, tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilib.

Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Tədbirdə şou-biznes nümayəndələri də yer alıblar. Onlar arasında müğənnilər Səidə Sultan, Sevda Yahyayeva və Ceyhun Əliyev də olub. Onlar Leyla Əliyeva ilə çəkdirdikləri fotonu izləyiciləri ilə bölüşüblər.axşam.az