Bir neçə gün öncə Bakıya gələn türkiyəli müğənni Kibariyənin azərbaycanlı fanatlarına yalan danışdığı ortaya çıxıb.

Unikal.org-un
"Posta qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə "Star TVdə yayımlanan "Duymayan kalmasın proqramının aparıcıları bildirib.

Xəbərdə qeyd olunur ki, sənətçi azərbaycanlılara Şakira ilə duet oxuduğunu və onunla tez-tez görüşdüyünü deyib, lakin fanatları onun yalan söylədiyini iddia edərək sənətçiyə əsəbiləşiblər.

"Bir vaxtlar Şakira ilə Türkiyədə duet oxudum, çox bəyənildi. Onunla tez-tez görüşürük. Şakiranın səsi və xarakteri möhtəşəmdir. Dünən ona zəng etdim. Mənə İstanbula gələcəyini və görüşmək istədiyini dedi, - deyə Kibariyə fanatlarına söyləyib.

Qeyd edək ki, Azərbaycana müğənni Zenfira İbrahimovanın dəvəti ilə gələn Kibariyə mayın 1-də paytaxt restoranlarından birində onunla konsert verib.

Xatırladaq ki, Kibariyə bir müddət öncə hamilə olduğunu desə də, sonradan bunun yalan olduğu üzə çıxmış, 56 yaşlı müğənni bu hərəkətinə görə tənqid olunmuşdu. (qafqazinfo.az)