"Fi-Çi-Pi" kitab seriyasının motivləri əsasında çəkilən "Fi" serialı rekorda imza atıb. 

Unikal.org primetime.az-a istinadən xəbər verir ki, "PuhuTV" internet kanalında ilk 3 seriyası yayımlanan ekran əsəri maraqla qarşılanıb. Mediada və insanlar arasında sevişmə səhnələrinə görə səs-küyə səbəb olan serial 10 gündə 10 milyon dəfə izlənərək rekorda imza atıb. 

Qeyd edək ki, ekran işində baş rolları Ozan Güven, Serenay Sarıkaya, Mehmet Günsür, Berrak Tüzünataç və Büşra Develi canlandırır.