O, əməlindən peşmandır

Türkiyəli müğənni Sərdar Ortac müsahibəsi zamanı maraqlı fikirlər səsləndirib.

Unikal.org xəbər verir ki, ona qumar oynayıb-oynamaması ilə verilən suala belə cavab verib: " Əvvəlki kimi böyük məbləğlərlə oynamıram. İndi özümü məşğul edəcək, depressiv ab-havadan çıxaracaq yeni məşğuliyyətə başlamışam". Müğənni özünə yarış atı aldığını söyləyib. Onun sözlərinə görə, "Chloe" adlı at Nyu-Yorkda yarışlara çıxır.

O, bununla yanaşı indiyədək qumarda 40-50 milyon dollar uduzduğunu və əməlindən peşman olduğunu əlavə edib.