33 yaşlı müğənni özündən 12 yaş kiçik sevgilisinə dəlilər kimi aşiq olub

Britni Spirs növbəti dəfə ailə həyatı qurmağa hazırlaşır.

Unikal.org xəbər verir ki, əslən iranlı olan Sem Əsgəri ilə bir neçə aydır tanış olan sənətçi artıq sevgili münasibətlərini rəsmiləşdirmək qərarına gəlib. Qərb mətbuatının yazdığına görə, bu addımı atmaq qərarı Semin yox, məhz Britninin qərarıdır.

Hətta müğənni nişan üzüyünü seçdiyi də deyilir.

Qeyd edək ki, pop şahzadə ötən ilin noyabr ayında modellə tanış olub. Cütlük klip çəkilişlərində yaxınlıq edib. Dekabr ayından 23 yaşlı Sem müğənninin evinə köçüb və birlikdə yaşayır.