Məşhur müğənni və bəstəkar, sahibkar, "Crocus Group" şirkətinin vitse-prezidenti Emin Ağalarov Rusiyanın "Birinci" kanalında yayımlanan Andrey Malaxov ilə "Pust qovoryat" ("Qoy desinlər") verilişinin qonağı olub.

Unikal.org xəbər verir ki, proqram Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Trampa həsr olunub.

Müğənni və biznesmen Emin Ağalarov Donald Trampdan danışıb:

"Buna inanmaq çətindir, amma klipimdə iştirakı üçün heç bir qonorar almayıb. Hər şey demək olar ki, qardaşyana olmuşdu. Mən illərdir ki, onun fanatıyam".