Şimali Koreyada daşqınlar nəticəsində həlak olanların sayı 133 nəfərə çatıb. Daha 395 nəfər itkin düşmüş sayılır. Bu barədə Frans Presss agentliyi məlumat yayıb.

Unikal.org TASS informasiya agentliyinə istinadla xəbər verir ki, güclü leysan yağışları nəticəsində Tumanqan çayının məcrasından çıxması ölkə tarixində ən güclü daşqınlara səbəb olub. Təbii fəlakətdən ən çox Xamqyon-Pukto əyaləti zərər çəkib.

BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin məlumatına görə, 107 min nəfər öz evini tərk etməyə məcbur olub.

Daşqınların ölkəyə vurduğu ziyanın hesablanması davam edir.