Türkiyə Silahlı Qüvvələrinin İraq sərhədində PKK terrorçularına qarşı apardığı əməliyyat nəticəsində bir təyyarə əleyhinə raket, xeyli silah-sursat ələ keçirilib.

Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb.

 

Əməliyyatın 48-ci Ordu Komandanlığı tərəfindən İraqla sərhəddə yerləşən Şırnak vilayətində gecə yarısı həyata keçirildiyi bildirilib.

 

Bundan əlavə, terrorçulara məxsus 2 sığınacağın da məhv edildiyi açıqlanıb.