Cənubi Koreyanın hərbi mənbələrindən biri bildirib ki, Şimali Koreyanın nüvə sınaqları hücumu davam edərsə, Seul Pxenyanı yox edəcək.

Unikal.org azadliq.org-a istinadən bildirir ki, Yonhap xəbər agentliyinə danışan yüksək rütbəli hərbçi deyib ki, ilk hədəf Şimali Koreya rəhbərlərinin gizləndiyi bölgələr olacaq.

Sentyabrın 9-da Şimali Koreya beşinci nüvə sınağını uğurla həyata keçirdiyini bildirmişdi. Dövlət mediası yeni hazırlanmış nüvə başlığını sınaqdan keçirildiyini yazmışdı.

Cənubi Koreya və ABŞ bu sınağı təhlükəli provakasiya adlandırmışdı.