Tanzaniyada 5,7 bal gücündə zəlzələ olub.

Unikal.org Report-a istinadən xəbər verir ki, zəlzələ nəticəsində 11 nəfər ölüb. 

Məlumata görə, təbii fəlakət zamanı 100 nəfər xəsarət alıb. 

"On bir nəfərin ölümü və 100 nəfərin xəsarət alması haqda təəssüflə xəbər veririk. Yaralıların çoxu xəstəxanalara yerləşdirilib.  Xilasetmə işləri aparılır" - deyə polisin yaydığı məlumatda bildirilir.