Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Unikal.org-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 6-sı ilə müqayisədə 0,25% artaraq 1,6403 manat olub.

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,2% möhkəmlənərək 1,8457 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası 1,19% bahalaşaraq 0,0255 manat olub.
Türkiyə lirəsinin məzənnəsi 1,1% artaraq 0,5613 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2001 manatdır. Beləliklə, funt sterlinq 0,94%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,25% artaraq 0,7132 manat təşkil edib.