2011-ci ildən bəri qanlı vətəndaş savaşının səngimədiyi, şəhərlərinin və kəndlərinin viran qaldığı, ərazisinin çox böyük hissəsi İŞİD-in nəzaratinə keçdiyi Suriya turizm sektorunu bərpa etmək niyyətinə düşüb.

Unikal.org Milli.A-a istinadən bildirir ki, Suriyanın Turizm Nazirliyi "Suriya həmişə gözəldir" sloqanlı reklam kampaniyasına başlayıb.

Kampaniyanın başlıca məqsədi Tartusa, daha konkret olaraq "Qızıl Qumlar" kurortuna turistləri cəlb etməkdir.

"Bu ilin əvvəlindən Suriyaya gələn xarici ölkə vətəndaşlarının sayı 30 faiz artıb", - bəyanatı ilə çıxış edən nazirlik turizm sektorunu inkişaf etdirmək əzmində olduğunu vurğulayıb.

Lakin nazirliyin bu açıqlaması çox böyük şübhə doğurur.

Tartus şəhərində Rusiyanın hərbi-dəniz bazası yerləşir.