Vergilər Nazirliyi vergi borcuna görə 708 nəfərin ölkədən getmək hüququnu məhdudlaşdırıb.

Unikal.org Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, bunlardan 308-i fiziki şəxslər, 400-ü isə hüquqi şəxslərin icra orqanlarının rəhbərləridir.
Azərbaycandan çıxışına icazə verilməyən şəxslər arasında xarici vətəndaşlar, eləcə də bir sıra məşhur şəxslər, məsələn, "Bakı Futbol Klubu" MMC-nin prezidenti Zeynal Məmmədov (məşhur iş adamı Hafiz Məmmədovun qardaşı), "Çudo Peçka" MMC-nin nümayəndəsi Fuad Məmmədov, "Gəncə Şərab" ASC-nin rəhbəri Mirməhəmməd Məmmədov və s. şəxslər var.

Məmmədovvə s. şəxslərvar.