Nəticədə vətəndaşlar əvvəlkindən çətin vəziyyətə düşür.

Devalvasiyadan sonra banklar dollar krediti olan müştərilərinin işini yüngülləşdirmək üçün bir sıra güzəştlər təklif etdilər. İndi isə bu güzəştlər bir-bir ləğv olunur. Nəticədə vətəndaşlar əvvəlkindən çətin vəziyyətə düşür.

"Əsas borcu ödə, faizi qalsın". Devalvasiyadan sonra dollarla kredit götürmüş şəxslər kütləvi şəkildə borclarını ödəməkdən imtina edəndə bəzi banklar bu təkliflə çıxış etdilər. Şərtlə razılaşan vətəndaşlar krediti yeni qayda ilə ödəməyə başladılar. İndi isə banklar vədlərinə əməl etmir.

Faizlərin dondurulması ilə əlaqədar bankla müştəri arasında yazılı razılıq və ya kredit müqaviləsinə dəyişiklik olmayıb. Şifahi öhdəliklə bağlı tələb irəli sürmək isə nəticəsiz qalır.

Qarşıda bu cür təkliflərlə üzləşən vətəndaşlar mütləq yazılı razılıq əldə etməli və razılığı rəsmiləşdirməlidir.