Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası tərəfindən təqdim olunmuş 15 avqust 2016-cı il tarixli 01/04-2050 nömrəli məktuba istinad edərək bildirir ki, "Qafqaz İnkişaf Bankı ASC və "Atrabank ASC-də sığorta hadisəsi baş verib.

Unikal.org-un Fonda istinadən verdiyi məlumata görə, "Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə müvafiq olaraq 16 avqust 2016-cı il tarixi "Qafqaz İnkişaf Bankı ASC və "Atrabank ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.

"Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq, sığorta hadisəsi baş verdiyi gündən 7 təqvim günü ərzində "Qafqaz İnkişaf Bankı ASC və "Atrabank ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.
Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq, kompensasiyalar bankın müflis elan olunmasından 7 gün sonra, yəni avqustun 23-dən ödəniləcək.