Dünya bazarında neft ucuzlaşıb.

Unikal.org xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,20 dollar azalaraq 41,51 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,20 dollar düşərək 43,85 dollar olub.