Bu il qlobal neft tələbatı 2015-ci ilə görə 1 milyon 220 min barrel artaraq gündəlik 94 milyon 260 min barrel olacaq.

Unikal.org-un məlumatına görə, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir. Hesabata görə, 2017-ci ildə isə qlobal neft tələbatı 95 milyon 410 min barrelə çatacaq.

Cari ildə OPEC üzrə xam neft tələbatı 2015-ci illə müqayisədə 1 milyon 900 min barrel artaraq gündəlik 31 milyon 900 min barrel təşkil edəcək. 2017-ci ildə isə OPEC-in neft tələbatı bu ilə nisbətən 1 milyon 100 min barrel artaraq 33 milyon barrel olacaq.