Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Kamran Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə K.Bağırov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl keçən ilin dekabrında Binəqədi rayonunda baş verib. Rayon sakini, 32 yaşlı Kamran Bağırov qonşusu 29 yaşlı Cümşüd Rüstəmovu mübahisə zəminində bıçaqlayaraq qətlə yetirib. Kamran Bağırov könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinə gedib və törətdiyi əməli etiraf edib.