Bakıda mənzildən külli miqdarda pul oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də Rusiya Federasiyası vətəndaşı Bəhman Səmədovun evindən 150000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini Aqil Vəkilov tutulub.