Xaçmazda qətl törədilib.
Unikal.org xəbər verir ki, Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Gödəkli kəndində qeydə alınıb. Rayon sakini, 1972-ci il təvəllüdlü Cəfər Hacıyevin üzərində zorakılıq əlamətləri olan meyiti yol kənarında aşkarlanıb. Hadisənin kimin tərəfindən törədilməsi hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb və hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.