Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Unikal.org ADİF-ə istinadən xəbər verir ki, "Parabankın əmanətçilərinə 4 248 753 manat, "Zaminbankın əmanətçilərinə 3 862 356 manat, "Kredobankın əmanətçilərinə1 047 294 manat, "Dekabankın əmanətçilərinə isə 763 466 manat kompensasiya ödənilib. Ümumilikdə, 4 bank üzrə 9 921 869 manat ödəniş edilib.

Məlumata görə, kompensasiya almaq üçün "Dekabank, "Kredobank və "Zaminbankın əmanətçiləri bankların baş ofisinə, "Parabankın əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət etməlidirlər.