Azərbaycan Daxili İşlər Nazirliyi müasir dövrün çağırış və təhdidləri cinayətkarlığa qarşı mübarizədə yeni, daha səmərəli formaların tətbiqini və davamlı təkmilləşmə tələb etdiyindən, kadr heyətinin peşəkarlıq səviyyəsinin artırılması prosesi daimi əsaslarla həyata keçirilir.

Artıq neçə illərdir Azərbaycan ictimai asayişin və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir. Respublikamızda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı ötən 10 ildə orta hesabla 231 fakt olmaqla əksər dünya ölkələri ilə müqayisədə xeyli azdır. Bu dövrdə cinayətlərin orta illik açılması 90 faiz olmuş, 3 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilmiş, axtarışda olan 37 mindən çox təqsirləndirilən şəxs tutulmuşdur. Əllərdə qanunsuz saxlanılan 12 mindən artıq odlu silah yığılmış və onun tətbiqilə törədilən cinayətlər əhəmiyyətli dərəcədə azalmışdır.

Bugünlərdə Qaradağ rayonunda polis əməkdaşları daha bir uğurlu əməliyyat keçiriblər.
Qaradağ rayon, Sahil qəsəbəsi , 38-ci PB-nin əməkdaşlarının səyi və peşəkarlığı nəticəsində daha bir mütəşikkil cinayətkar dəstə zərsizləşdirilmişdir.

Keçirilmiş əməliyyat nəticəsində Sahil qəsəbəsində vətəndaşların əmlakına oğurluq yolu ilə qəsd edən 2 nəfər saxlanılıb, cinayətdə şübhəli bilinən daha iki nəfərin tutulması istiqamətində əməliyyat tədbirləri keçirilir.

Qeyd edək ki, əməliyyat tədbirləri şəxsən Qaradağ Rayon Polis İdarəsinin rəisi və 38-cı PB-nin rəisinin bilavasitə rəhbərliyi ilə ,uğurla həyata keçirilib.

Qeyd etmək istəyirik ki, Sahil qəsəbəsində mütəşəkkil cinayətkar dəstənin əmlakına ziyan vurduqları şikayətçilərdən biri qəsəbədə oğurluq hallarının çoxalması baradə telekanallardan birinə müsahibə verib. Əslində bu emosional vəziyyətdə olan vətəndaşın çıxışından başqa bir şey deyil. Çünki dəstə dərhal zərsizləşdirilib. Polis orqanının profesionallığı məhz belə anlarda özünü qabarıq göstərir. 38-ci PB-si məhz bu situasiyada əməkdaşlarının yüksək profesionallardan və təcrübəli polis işçilərindən ibarət olmasını bariz nümayiş etdirdi.