Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İradə Vəliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org apa-ya istinadən məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən İ. Vəliyeva şərti cəza ilə azadlığa buraxılıb.
Qeyd edək ki, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 18-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1973-cü il təvəllüdlü İradə Vəliyeva tutulub.