Bakıda qadın ərini qətlə yetirib.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, iyulun 23-də Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayan Vüqar Kərimovun üzərində zorakılıq əlamətləri olan (kəsilmiş-deşilmiş xəsarət) meyiti evində tapılıb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsiəməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni ailə-məişət münaqişəsi zəminində törətməkdə şübhəli bilinən arvadı Nuridə tutulub.

Araşdırmalar davam etdirilir.

***

Sabunçu Rayonu Ramana qəsəbəsində baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Rayonun polis şöbəsindən aznews-ə verilən məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib: "Vüqar dönərxanada işləyir. Həmin günü işdən tez çıxıb, amma hadisə gecə saatlarında baş verib. Arvadı bıçağı götürüb ürəyinə sancıb. Kişi elə bir bıçaq zərbəsi ilə ölüb. Qadın tutulub, istintaq aparılır".

Şöbədən onu da əlavə ediblər ki, V.Kərimovun bir qızı var:"Hadisə baş verəndə uşaq nənəsigildə olub".

Qeyd edək ki, Sabunçu rayonu Ramana qəsəbəsində qətl hadisəsi baş verib. Vüqar Kərimovun üzərində zorakılıq əlamətləri olan (kəsilmiş-deşilmiş xəsarət) meyiti evində tapılıb.