"Kanal 17-nin əməkdaşları tanınmış jurnalist Pavel Şeremetin qətlə yetirilməsi ilə bağlı istintaqa cəlb ediləcəklər. 

Unikal.org-un "RİA-Novosti-yə istinaədn məlumatına görə, müvafiq açıqlama ilə Ukraynanın baş prokuroru Yuri Lusenko çıxış edib.

Ukrayna mediası hadisədən sonra yazmışdı ki, Şeremetin qətlə yetirlidiyi məkana ilk yetişən məhz "Kanal 17-nin jurnalistləri olublar.

Onların Kiyevin meri Vitali Kliçkodan müsahibə götürmək üçün həmin məkandan keçdiklərini söyləmələri isə hüquq-mühafizə qurumlarının diqqətini şübhəli məqam kimi çəkib.

Bununla bağlı qaranlıq məqamların olduğunu söyləyən Daxili İşlər nazirinin məsləhətçisi Zoryan Şkiryak xüsusi xidmət qurumlarına telekanalın fəaliyyətini yoxlamağı təklif edib.

Nail Cəlil