Rusiyaya daxil olan əcnəbi vətəndaşların hərtərəfli yoxlanılması terrorizmin qarşısının alınması tədbirlərinin gücləndirilməsi ilə bağlıdır.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Terrorizmin qarşısının alınması tədbirlərini gücləndirmək üçün Rusiya hüquq-mühafizə orqanları ciddi şəkildə Rusiya Federasiyasının qanunvericiliyi çərçivəsində ölkəyə daxil olan xarici vətəndaşları daha ətraflı yoxlayır", - məlumatda deyilir.

Xarici İşlər Nazirliyi tədbirlərin gücləndirilməsinin müvəqqəti olduğuna aydınlıq gətirib. Onlar milliyyətindən asılı olmayaraq əcnəbilərə qarşı aparılır.