Banqladeşin Çittaqonq şəhərində Hərbi Hava Qüvvələrinə məxsus Yak-130 tipli döyüş-təlim təyyarəsi qəzaya uğrayıb. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Qəza nəticəsində pilotlardan biri ölüb, digəri isə yaralanıb.

Təyyarə texniki nasazlıq səbəbindən havada alışaraq dənizə düşüb. "Katapult" sistemindən istifadə edən iki pilotdan biri aparıldığı xəstəxanada dünyasını dəyişib, digər pilotun müalicəsi isə hələ də davam edir.

Ağarza Elçinoğlu