İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Məhəmməd Rza Aştiani Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin Qazaxıstanda keçirilən 21-ci iclası çərçivəsində Çinin müdafiə naziri Li Şanfu  ilə danışıqlar aparıb.

Unikal” xəbər verir ki, nazirlər  regionda son gərginliklər, Qəzzadakı acınacaqlı vəziyyəti və ABŞ-ın regionda sabitliyi pozan hərəkətlərini müzakirə ediblər. 

Nazirlər regional və beynəlxalq təhlükəsizlik məsələlərinin həlli üçün tərəflər arasında daha sıx əməkdaşlıq və yaxınlaşmanın zəruri olduğunu bildiriblər.