Qırğızıstanda qısa müddət ərzində onlarla sel baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Qırğızıstanın fövqəladə hallar nazirinin müavini Urmatbek Şamırkanov məlumat yayıb. 

Bildirilir ki, aprelin 20-dən aprelin 23-dək ölkədə 67 sel hadisəsi qeydə alınıb. Oş vilayətində 29, Cəlal-Abad vilayətində 18, Batken vilayətində 10, Talas vilayətində dörd, Çuy vilayətində dörd, Oş vilayətində iki sel qeydə alınıb.

Mövcud vəziyyətlə əlaqədar olaraq, fövqəladə rejimlər tətbiq edilib.