"Crocus City Hall" kompleksində törədilən terror aktının bütün günahkarları, sponsorları və təşkilatçıları müəyyən edilməli və cəzalandırılmalıdır.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin beynəlxalq təhlükəsizlik toplantısının iştirakçılarına videomüraciətində bildirib. 

"Rusiyanın xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanları bu iyrənc cinayətin bütün təfərrüatlarını, o cümlədən təşkilatçıları, sponsorları və təşkilatçılarını tapmaq və araşdırmaqda davam edir", - Rusiya lideri bildirib. 

Qeyd edək ki, martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı Krasnoqorsk şəhərində "Crocus City Hall" kompleksində terror aktı törədilib. Hadisədə 144 nəfər ölüb, 551 nəfər yaralanıb. 

Ağarza Elçinoğlu