Tavuş vilayətinin prokuroru Qor Aloyan tutduğu vəzifədən azad edilib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Respublikasının baş prokuroru Anna Vardapetyan əmr imzalayıb. 

Ermənistan Baş Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məhkəməyədək icraatın qanuniliyinə nəzarət departamentinin rəis müavini Armen Muradyan Tavuş vilayətinin prokuroru vəzifəsinə keçirilib.

Xatırladaq ki, Tavuşun 4 kəndinin Azərbaycana geri qaytarılması barədə razılığın əldə edilməsindən sonra, kəndlərdə etiraz aksiyaları başlayıb. 

Ağarza Elçinoğlu