Son bir neçə gündə Çinin cənub əyalətləri leysan yağışları səbəbindən yaranan daşqınlardan əziyyət çəkir. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət Quanqdonq əyalətinə xüsusilə ağır təsir edib.

Burada yağıntının miqdarı 300 millimetrdən 488 millimetrə çatır. Vilayətin 24 çayında 38 hidroloji stansiyada suyun səviyyəsi təhlükəli həddi keçib.Quanqdonq əyalətində ümumilikdə 53 741 nəfər təxliyə edilib və 11 nəfər itkin düşmüş hesab olunur.

Bildirilir ki, Pekin çayında baş verən kimi miqyaslı daşqın hər 50 ildə bir dəfə baş verir. 

Seymur Əli