"Dövlət sərhədinə qarşı döyüşənlərin vətəni Xeyrimlidir, Qızıl Hacılıdır, yoxsa Əskipara?"

"Unikal" xəbər verir ki, bunu Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan öz "Facebook" səhifəsində yazıb.

"Dövlət sərhədinin yaradılmasına qarşı çıxanların neçəsi Azərbaycanın yaşayış məntəqələri uğrunda döyüşməyə hazırdır? Heç vaxt Ermənistanın tərkibində olmayan Azərbaycan yaşayış məntəqələri uğrunda döyüşməyə hazır olanların sayı nə qədərdir? Ərini, atasını, uşağını döyüşə göndərməyə, müharibənin acı nəticələrini çəkməyə hazır olanların sayı nə qədərdir?", - deyə o qeyd edib.

Ağarza Elçinoğlu