Ermənistanla Azərbaycan Respublikası arasında sərhəd təhlükəsizliyi və dövlət sərhədinin demarkasiyası üzrə komissiyanın nəzdində işçi qrup yaradılıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan qərar imzalayıb. 

Bildirilib ki, işçi qrupuna Ermənistan Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Xidməti, Milli Təhlükəsizlik Agentliyi və Kadastr Komitəsinin nümayəndələri daxil edilib. 

Qrupun işinin koordinasiyası MTX -nin rəhbəri Davit Sanamyana həvalə edilib.

Qrupa həmçinin müdafiə nazirinin müavini Arman Sarkisyan, Daxili İşlər və Rabitə Nazirliyinin müavini Ovannes Arutyunyan, Təhlükəsizlik Xidmətinin rəis müavini Karen Qriqoryan, Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin komandiri Edqar Hunanyan və başqaları daxildir. 

Ağarza Elçinoğlu