Ermənistanda "Döyüş Qardaşlığı" hərbi birliyinin 7 üzvü saxlanılıb. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Bildirilib ki, Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan, Aramais Ağabekyan, Hrant Ter-Abrahamyan və Hovsep Qazaryan saxlanılaraq Noyemberyan və İcevan polis şöbəsinə aparılıblar.

Onların Baqrataşen yolunda aksiya zamanı saxlanıldığı deyilir. 

Xatırladaq ki, adıçəkilən qruplaşma bundan bir müddət öncə Azərbaycana qarşı təxribatlar hazırlamaq məqsədilə Qazaxın kəndlərinə getməyə cəhd göstərmişdilər. 

Ağarza Elçinoğlu