Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) baş verən intensiv leysana görə işini dayandırmış Dubay aeroportu fəaliyyətini tam bərpa edib.

"Unikal" xəbər verir ki, hava limanının hər 3 terminalı sərnişinlərə adi rejimdə xidmət göstərir. Kiçik istisnalarla bütün beynəlxalq reyslər vaxtında qəbul edilib yola salınır. Yük terminalı da normal iş rejiminə qayıdıb.

Bununla belə, daşqınlar vaxtı itmiş çantaların sahiblərinə qaytarılması prosesi hələ başa çatmayıb.