Ukrayna prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak X sosial şəbəkəsindəki səhifəsində amerikalı milyarder İlon Maskın Ukraynanın münaqişədən çıxmaq üçün heç bir strategiyasının olmadığını bildirən sözlərinə reaksiya verib. 

"Unikal" xəbər verir ki, Pdplyak yazıb: 

“Dünya avtoritetlərindən biri (məhz İlon Mask) inadla “Rusiya və Ukrayna arasında münaqişədən çıxış strategiyasının olmadığını” iddia edəndə, müasir dünyada sadəcə məntiqin olmamasına heyran olmaq qalır”, - deyə Podolyak qeyd edib. 

Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri bildirib ki, münaqişədən çıxmaq üçün Kiyevə Rusiyanın “xarici suveren ərazini qeyd-şərtsiz tərk etməsi” lazımdır.