Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini, deputat Konstantin Zatulin Ermənistan Respublikasının birinci baş naziri, Ermənistan Respublikasının müdafiə naziri olmuş Vazgen Manukyana açıq məktubla cavab verib. 

"Unikal" xəbər verir ki, Zatulin Manukyana ünvanladığı açıq məktubda bildirib ki, iki ölkə arasında xarici qüvvələr var. 

"Siz Rusiyanı qınayırsınız ki, onun 2020-ci ildən başlayaraq davranışı “müttəfiq” anlayışına uyğun gəlmir. Hesab edirsiniz ki, silahlı qüvvələrimizin Qarabağdan çıxarılması “i”nin üzərinə son nöqtəni qoyur. Bu, yad hərfdir, bizim əlifbalarımızda yoxdur. Əlbəttə, bilirsiniz ki, mən və Rusiyadakı həmkarlarım ən azından Qarabağdakı sülhməramlı missiyamızın belə sonlanmasını istəməzdik. Amma 2020-ci ildən, xüsusən də 2022-2023-cü illərdə baş verənlərdən sonra əvvəlcə ermənilərin, sonra isə rusların Qarabağı tərk etməsi əvvəlcədən müəyyən edilmişdi. 

Bu acı həqiqətdir. Səbəbləri və halları qısa bir məktubda sadalamaq, sizi təkrarlamaq və əlavə etmək istəmirəm. Qriboyedovlar və Baqramyanlar lazımi anda lazımi yerdə görünmədilər. Mən sizin bugünkü Rusiyanı qınamağınızın qarşılığını bugünkü Ermənistanı danlamaqla da qarşılaya bilərdim, amma istəmirəm.

Mən xalqlarımız arasında münasibətlərdə qalanları xilas etmək istəyirəm ki, onlar dövlətlərin və hökumətlərin siyasətinin qurbanına çevrilməsinlər, - deyə Zatulin yazıb. 

Xatırladaq ki, Ermənistanın eks müdafiə naziri bundan bir gün əvvəl rusiyalı deputata açıq məktub ünvanlayaraq Moskvanı Qarabağı tərk etməkdə və etibarsızlıqda ittiham etmişdi

Ağarza Elçinoğlu