"Avroviziya-2024" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Fahree və İlkin Dövlətov "Özünlə apar" mahnısını yeni versiyada təqdim ediblər.

"Unikal" xəbər verir ki, ifa yarışmanın rəsmi yutub səhifəsində yerləşdirilib. 

Qeyd edək ki, müsabiqənin birinci və ikinci yarımfinalları 7 və 9 may tarixlərində, final isə 11 mayda İsveçin Malmö şəhərində keçiriləcək. 

Ölkəmiz birinci yarımfinalda Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova ilə yarışacaq.

İkinci yarımfinalda isə Avstriya, Malta, İsveçrə, Yunanıstan, Çexiya, Albaniya, Danimarka,Ermənistan, İsrail,Estoniya, Gürcüstan, Hollandiya, Norveç, Latviya, San Marino mübarizə aparacaq.