İsrailin baş naziri Benyamin Netanyahu dünən İsrail lideri ilə danışmalı olan Böyük Britaniyanın baş naziri Rişi Sunakın zəngindən yayınır.

"Unikal" xəbər verir ki, bu məlumatı İsrail telekanalı "Kan" yayıb. 

Eyni zamanda, baş nazirlik bu məlumatın həqiqətə uyğun olmadığını bildirsə də, hər iki ölkə liderinin artıq danışıb-danışmadığını açıqlamayıb.

Dünən Sunak qısa müddətdə Netanyahu ilə telefon danışığı aparacağını bildirsə də, onların danışığı hələ ki baş tutmayıb.