"Zirə" futbol klubunun sabiq müdafiəçisi Yozef Bum vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin "Antalyaspor" futbol klubu sosial şəbəkədə məlumat paylaşıb.

Paylaşımda "Antalyaspor" klubunun adından futbolçunun ailəsinə və yaxınlarına başsağlığı verilib. 37 yaşlı futbolçunun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, 2017-2018 mövsümündə "Zirə"nin heyətində çıxış etmiş kamerunlu futbolçu daha əvvəl Türkiyənin "Mersin İdman Yurdu" və "Antalyaspor" futbol klublarında oynayıb.