"Venesuela gözəlİ" Vilevis Brito üzündə cərrahiyyə əməliyyatı keçirdikdən sonra infarkt keçirib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı model çənə əməliyyatı keçirib. Həkimin onun dodağındakı kütləni çıxarıb və çənəsindəki aşınmanı müalicə edib.

Əməliyyatdan sonra ciddi fəsadlar yaşayan Brito dünyasını dəyişib.

Brito bir neçə il əvvəl Argentinaya mühacirət edib və Buenos-Ayresdəki "Interamerican Open" Universitetində sosial kommunikasiyalar üzrə təhsil alıb. O, eyni zamanda. xəbər aparıcısı olub. 

Brito Venesuelada 2021-ci ildə keçirilən gözəllik yarışmasında ikinci olub.