Əfqanıstanda 4 gün ərzində leysan yağışlar və daşqınlar nəticəsində azı 50 nəfər ölüb, 36 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bunu "Tolo News" telekanalına Əfqanıstanın Təbii Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin nümayəndəsi Canan Saik deyib.

"Bu daşqınlar nəticəsində ümumilikdə 706 ev dağılıb, təxminən 400 mal-qara tələf olub, 1606 evə də ziyan dəyib", - Saik bildirib.

O bildirb ki, bu rəqəmlər dörd günlük yağıntının məlumatlarını əks etdirir.