İranın İsrailə hücumlarından sonra İordaniya Şahzadəsi gündəm mövzusu olub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın ən çox oxunan qəzetlərindən olan "Bild"  İordaniya Şahzadəsi Selmanın İranın İsraillə mümkün müharibəsində onun da iştirak edəcəyini yazıb. 

Belə ki, Şahzadəsi Selman İordaniya Hərbi Hava Qüvvələrində pilot olaraq xidmət edir. Nəşr Kral Abdullah və Kraliça Ranianın digər övladı olan vəliəhd Şahzadə Hüseynin də hava qüvvələrində xidmət etdiyi xatırladılıb. İordaniya ordusunda 2020-ci ildə ilk qadın döyüş təyyarəsi pilotu kimi tarixə düşən Şahzadə Selmanın təhsilini başa vurduqdan sonra 2023-cü ilin dekabrında Qəzzada bir xəstəxanaya yardım apardığı bildirilib. Avropa mediası Şahzadə Selmanın İranla mübarizədə döyüşə biləcəyini iddia edib.   

Xatırladaq ki, aprelin 1-də İsrail İranın Suriyadakı səfirliyinə hücum edib. Hücumda 7 iranlı müşavir həlak olub. Buna cavab olaraq aprelin 13-də Tehran rəhbərliyi İsrailə hücum edib. İordaniya hökuməti də İranın atdığı raketlərini məhv etməkdə İsrailə kömək edib. 

Gülayə Mecid