Türkiyə Superliqasında 32-ci turun oyunları davam edir.

"Unikal" xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Demirspor" "Kayserispor"u qəbul edib. Görüş 0:0 hesabı ilə başa çatıb.

Ş. Məhəmmədəliyev bu matçda meydana start heyətində çıxıb və sonadək oynayıb.

32 turdan sonra 40 xal toplayan "Adana Demirspor" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. "Kayserispor" 37 xalla 14-cüdür.