Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının Tbilisidəki qərargahı qarşısında etiraz aksiyası keçirilir.

"Unikal" xəbər verir ki, Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olan Mühafizəkarlar Hərəkatı/Alt-İnfo partiyasının minlərlə üzvü və tərəfdarı Gürcüstanın Milli Dövlət Reyestr Agentliyinin partiyanın qeydiyyatını ləğv etmək qərarına etiraz edirlər.

Nümayişin keçirildiyi əraziyə polis qüvvələri cəlb edilib.