"Bayer"in baş məşqçisi Xabi Alonso komandasının bu həftə Bundesliqada çempionluğu rəsmiləşdirmək şansı haqqında danışıb.

"Unikal" xəbər verir ki, Leverkuzen təmsilçisi sabah "Verder"i məğlub edərsə, ölkə çempionu olacaq.  Lakin "Bayer"in çempionluğu bu gün də rəsmiləşə bilər.

Belə ki, bu gün "Bavariya" "Köln"ə məğlub olarsa, Leverkuzen təmsilçisinin çempionluğu rəsmiləşəcək.

Xabi Alonso isə çempionluğu meydanda, öz oyunlarında qazanmaq istədiklərini deyib: “Şənbə günü divanda oturaraq çempion olsaq, bu, böyük sürpriz olacaq. Düzünü desəm, bazar günü meydanda olarkən qələbəni qeyd etmək istərdim"

Qeyd edək ki, hazırda "Bayer" turnir cədvəlində 76 xalla liderdir. Komanda 2-ci yerdəki "Bavariya"nı 16 xal qabaqlayır.