İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) Hörmüz boğazı yaxınlığında “MCS Aries” adlı konteyner daşıyan gəmini ələ keçirib.

"Unikal" İran KİV-nə istinadən xəbər verir ki, SEPAH hərbi helikopter ilə keçirdiyi əməliyyatda gəmiyə daxil olub və hazırda gəmi İran sularına doğru hərəkət edir.

Portuqaliya bayrağı altında üzən gəmi israilli iş adamı Eyal Oferin “Zodiac Group” şirkətinə məxsusdur.