Ölkənin baş naziri verdiyi açıqlamalarla bir daha sübut etdi ki, bəli, son illərdə danışıqlar prosesinin sənədləri ilə tanış olmaq imkanı olub, müəyyən biliklər əldə edib, lakin onun məzmununu və məqsədini dərk edə bilmir. 

"Unikal" xəbər verir ki, bu barədə Qarabağda özünü buraxmış terrorçu rejimin keçmiş "xarici işlər naziri" Karen Mirzoyan deyib. 

"1990-cı illərin əvvəlindən danışıqlar prosesinin müxtəlif mərhələləri, müxtəlif regionlarda fərqli dinamikası olub, lakin danışıqlar prosesinin məqsədi təkcə hansısa sənədə nail olmaq deyil, həm də Ermənistanın təhlükəsizliyini təmin etmək və Ermənistanın münaqişədə öz layiqli yerini təmin etmək olub. Bu gün Ermənistan nəinki hansısa danışıqlar prosesinin subyekti statusunu itirib, danışıqlar obyektinə çevrilib. Buna paralel olaraq məndə belə bir təəssürat yaranır ki, Ermənistan yavaş-yavaş dünyanın siyasi xəritəsindən yoxa çıxır", - deyə siyasətçi qeyd edib.

Ağarza Elçinoğlu